Эльчин Сафарли

Я знаю только одну причину разрушившихся отношений,она совсем не связана со штампом в паспорте. Недосказанность. Все начинается с нее. Слова,эмоции,подозрения,сомнения сдерживаются,остаются внутри,гниют. Так может продолжаться несколько лет,потом взрыв — и ничего,кроме пустоты

*********************************************************

Если бы ты знал....

1) Отпустить — не значит сдаться. Чаще всего это единственное верное решение, победа над обстоятельствами.

2) Изнуряющий поиск родного человека везде и повсюду даже тогда, когда знаешь его конкретное местонахождение, — вот что самое непреодолимое в тоске.

3) В настоящей любви точки не бывает. Можно разойтись, разругаться, разочароваться — возможно абсолютно все. Но какие бы причины ни были, настоящая любовь все равно продолжает жить в сердце. Она отделяется от разума, живет вне происходящего. Ты ничего не можешь поделать с этой любовью и просто сохраняешь ее в себе.

4) Я устала быть сильной! Устала идти вперед, теряя по дороге самое родное, близкое. То, что вернуло мне силы, помогло поверить в завтра, в саму себя. В нас. И теперь ты покидаешь мое настоящее, предлагаешь довольствоваться встречами в иллюзорном лете…

5) У этой разлуки не было причины, с их любовью просто-напросто случилась жизнь.

6) Мы можем обладать чем угодно, кроме времени.

7) Главное, чтобы ожидание было лишь отрезком нашей жизни, а не всей жизнью.

 


Люди слишком многое связывают с сексом,тогда как настоящая близость — глубже. Она в ласковом прикосновении,в спокойном взгляде и ровном дыхании рядом

Комментариев: 0

.

Комментариев: 0

Vicdan

                                             

 

                                                       Yaşamaq bir ağac kimi tək və hürr,

                                      Bir meşə kimi — qardaşcasına…

                                                                  Nazim Hikmet

 

Bu dünyada bəsit, normal bir insan qalmanın ən yüksək amili tərbiyyə və vicdandır. Vicdan, əslində insanın Ulu Tanrıyla olan bağlantısıdır. İstər ateist ol, istər inanclı. Vicdanlı olmaq elə, Allaha inanmanın ilkin təməlidir. Bəlkə bu yazdıqlarım, bir az anormal insanın, zəmanədən geri qalmış bir insanın, və ya həyatda yüksək nəaliyyətlər əldə etməmiş birinin, çarəsizcə özünü ovundurmasına bənzəyir. Kim hardan necə baxırsa, elə görür qarşısındakını. Mənimçün, dünya nəaliyyəti, sözün əsl mənasında insan olmaqdan daha önəmli deyildi, deyil də. Yüksəklərdə olub, ətrafa yuxarıdan aşağı baxmaq, aşağıdakıları incitmək, lağ etmək, isitismar etməklə olacaqsa, aşağıda olub, günahlarını artırmamaq daha məqbuldur. Nə gözəldi o insan ki, həm yüksəklərə öz zəhməti və qəlbiylə qalxmış, sonra da insanlara olan incə ruhlu davranışını, təvəzökarlığını itirməmişdir. Belə insanlar çox azdır. Amma, şükür ki, az da olsa vardır. İnsan qalmağın ən yüksək mərtəbəsi, nə diplomdur, nə para – puldur, nə kor – koranə dindarlıqdır,  nə də  böyük vəzifə sahibi olmaqdır. İnsan qalmanın ən yüksək mərtəbəsi vicdan sahibi olmaqdır. Bu da, mənim şəxsi fikrimdir, kimsəni buna inanmağa məcbur edə bilmərəm.( Səhv bir düşüncədir, ruhi anormallıqqdır ya nədir, bilə bilmərəm. Heçnə istisna deyil onsuz da. Anormallıqdırsa da, anormallıqdır, nə edim?  )

Həm, bir az  da zamansız doğulmuşdum məncə.

 

Dünyada davam edən müharibələrə çaraəsizcə baxıb, yaşamaqdan betəri olmazdı hər halda. Mənim dəyişə biləcəyim bir dünya deyildi bu aləm…

 

 

                                                                

                                              Düşünüyorum ki, bu dünyada ruhsal açıdan iyi

                                              olmak, bir az ayıp sayılmaz mı? — Neşe Yaşın

 

Комментариев: 0

Bəzən də anlatmaq istəməzsin heç nəyi..

Комментариев: 0

Szizi anlamayanı, sizə inanmayanı tutmayın.

 Bir dəfə dərindən yaralanınca, qorxaq oluruq yenidən sevməyə, sevgini etiraf etməyə.

İçini dağıdan fırtınalara ramən, soyləyə bilmirsən daha sevgini. Yalnızlıq belə başlayır.

Yalnızlıqdan qorxmursunuzsa, sevgininizi əsla gizləməyin. Sevgi paylaşmaqçündür,

xoşbəxt etməçündür. Amma, kimsəni məcburi xoşbəxt etməyə çalışmayın.

Bunun xeyri yoxdur. Hər şey öz təbii axarında və mərdcəsinə olmalıdır. Anlar ya

anlamaz önəmli deyil. Sevgini vermək önəmlidir. Oyun, əyləncə, nəfsin inadı Sevgi

deyil. Yanılmayın. Yanıltmayın.

Əsl sevgi-  aldatmayan, əzməyən, səbrli, və can çəksə belə sevdiyini zorla tutub

saxlamayanbir iradəyə malik olan qəlbin işidir. Belə sevginin əzabı belə şərəflidir.

 Sevin — sevilin. Xoşbəxt olun.


Комментариев: 0

Çünku - yalnız insanlar sevməyi bacarır.

Bəzi insanlara yaxınlaşıb, əslində mən heç də Böyük danışmıram, sadəcə siz “balaca” anlayırsınız – demək istəyim də olur bəzən. Sonra, səbrimi basıram və vaz keçirəm.

Axı sevgi var. Biz bir birimizi, dünyanı sevmək üçün burdayıq… Savaşlar yaratmaq üçün deyil...

 

 

Düşən yarpaq qədər ümidsiz bir hal almasın həyat,

Sevilən biri kimi, nurlu, ümid dolu olmalıdır insanların qəlbi.

Çox sevdim, çox güvəndim, çox dözdüm, heyhat...

-deməməli dillər; ağlamamalı talehlər; heç kim üzülməməli.

 

Hökm etməsin ədalətsizlik, para; kəşf edilməsin silahlar.

Yorulmasın insanlar yaşamaqdan, bir can başqa bir cana qəsd etməsin.

Gülüşlər bürüsün dünyanı, ucalmasın göylərə nalələr – ahlar,

Ağlamasın körpələr, olmasın savaşlar, kimsə yetim qalmasın

 

 

Şiddət etməz — Adamsa əgər.   — Sedat Balun

 




Комментариев: 0

Sadəcə insanam....

F.Nitşe –“məni anlamırlar, anlamasınlar. Mən qulaqlar üçün ağız deyiləm.” 

 

 

Sizin məqsəd güdmədən səmimi və nəzakətli davranışınızı anlamayan insanlardan uzaq olun, imkan daxilində. Buraxın öz qəlbləri və düşüncələri ilə qalsınlar. Doğrunun, sübuta ehtiyacı yoxdur.

 Ehtiyac demişkən… Sizin sadəcə xoş sözə, xoş üzə ehtiyac duydugunuz anda, susan, uzaq duran, yaxasını kənara çəkən hər kimdirsə, onlara da məsafə qoyun. Çünki, sizi anlayan insanlar, sizi səmimi sevən insanlar, ehtiyacınız olarkən yanınızda olanlardır. Burda maddi ehtiyac və dəstəkdən söhbət getmir.

 Zatən, bu həyatın ən böyük  yanlış ixtirasının başinda para – pul gəlir, zənnimcə.

 Yanınızda olmaq istəyən dost, qohum, sevgili üçün zaman məhfumu yoxdur. O həmişə sizə yaxın olacaqdır, əl uzadarkən yetişəcəyiniz bir məsafədə. Burda da məsafə, sadəcə uzunluq vahidi deyil, düşüncə uzaqlığı və ya qəlb yaxınlığı anlamlarında işlədilir. Sizdən uzaq məsafədə duran bir ürək və ya bir beyin, sizi tamamlaya bilməz. Həyat sizə bu fərqi tez – tez nümayiş elətdirərkən, öncələri deyilmiş dahiyanə eşq, dostluq kəlamları da imdadınıza yetməyəcəkdir. Ağıl, insanı yanlışlardan yayındıra biləcək bilgi mənbəyidir, doğrudur. Lakin, qərarı, qəlbimizin ağlına həvalə edirik çox zaman. Kim nəyə istəyir, necə imkanı var o tərzdə, o vasitəylə çatır. Əsas odur ki, başqalarının belınə çıxmadan, onları istismar etmədən məqsədinə çatasan. Və imkan daxilində, səni anlamayan, sənə ehtiyacı olmayan insanlara bağlanıb qalmayasan. Bu həyatda ayrılıq da, qovuşmaq da, təbii və şüurlu prosess olmalıdır. Əks halda, insan çox incinir, çox üzülür. Ədalətsiz olaylarla qarşılaşır. Bəzən də anlamsız mübahisələrin ortasında qalmalı olur.

Enştein deyir ki, cahillərlə savaşa girməyin, mən onları heç yenə bilmədim. Fərq etməz, məncə heç kimlə savaşmağa dəyməz. Dediniz, göstərdiniz, yenə anlamadısa, buraxın öz bildiyində qalsın. Bu aləmdə, işləri mürəkkəbləşdirmədən yaşamaq daha məqsədə uyğundur.

Və indi .....

Adi, bəsit insan olmaq, mənə yetirdi.

 

Комментариев: 0

Lütfən daş atsınlar bir günahkara – bütün günahsızlar!

 

Dəyişməyən qanunauygunluqlardan biri də budur mənimçün :- kim harda, kiminlə xoşbəxt olacaqsa, orda olmalı və həyatdan zövq alacağı insanlarla bir ortamda olmalıdır.

 Sizi incidənləri bağışlayın və imkan daxilində çox iç – içə olmayın. Axı ömür, başqalarını məmnun edərkən, özünü bədbəxt etmək üçün verilməmişdir bizə. İnsan, olduğu hər ortamda rahat və məmnun nəfəs almalıdır, ən əsası da, minnətsiz və danlaqsız. Ən azı öz evində belə bir mühit olmalıdır. Çünki, eviniz sizin şəxsi dünyanızın ən önəmli parçasıdır. Orda sevdiyiniz, güvəndiyiniz, anlaşa bildiyiniz, qarşılıqlı hörmət duyğusunu anlayan insanlarla yaşamalısınız. Bəli, insan bəzən valideynləri və ya övladlarıyla da anlaşmır. Bu o demək deyil ki, onları atmaq lazımdır. Xeyr. Amma, mümkün olduğu və dözüləsi həddə olmalıdır yaşamaq bir ortamda. Səbrinizi, qəlbinizi, mənliyinizi, ruhunuzu əzən, məhf edən bir ortama məhkum olmamalıdır kimsə — çünki, normal, yetişkin hər insan azaddır. Azaddır – hüquqlarını və vəzifələrini dərk etmək şərtiylə.

 Untmayın: İnsanlar sizin köləniz deyil və siz də kimsənin köləsi olmayın. Zənnimcə: ədəb — ərkanı, qanunları pozmadan, ürəyiniz istəyən kimi yaşayın.

 

     Və gördük ki, məkan deyildir zamandır önəmlı olan, və lakin

o da deyildir, hərəkatdır önəmli olan və lakin o da deyildir,

Qəlb olmadıqca...                                      —      Cahit Zarifoğlu

 

Комментариев: 0

Özümü təqib etməyi belə buraxdım. - S.Faik Abasıyanık

 

Zənnimcə, bütün yazilanlarboş və mənasızdır bəzən:

bir İNSAN faciəsindən – cismin; ruhun; ümidlərin “ÖLMƏSİNDƏN” sonra, yazılanlar anlamlı görünsə belə, əslində — Boşdur. Maddi dünya boşdur – sözlərə

sığa bilirsə. Yox, mən inanıram ki, qələmin gücü böyükdür, hələki, ona sevgi ilə dəstək verilirsə. Fəqət, dünya elə bir məcra alıb ki, insanların çoxu qulaqlarını, gözlərini,vicdanlarını, başqalarının əzablarına, düşüncələrinə qarşı çərçivələdiblər sanki. Hər şey bir paradoksa bürünüb. Hər kəs sadəcə özünü düşünür.

Yaşamaq haqdır – deyirlər, amma, cinayətlər, savaşlar bitmir. Heyvanpərəstlər, kürk geyiminə qarşı çıxır, küçədəki it – pişiyin qeydinə qalır ( çox gözəl ), amma axşam evdə dolma, kabab, dönər və ya kotlet yeyirər, sanki qoyun, toyuq dibçəkdə

bitir. Sevirsən, sayqı göstərirsən, qarşılığında əzmək, aldatmaq, incitmək, istifadə etmək istəyirlər. İndi belə bir aləmdə, kiməsə nəsə anlatmaq istəyi, anlamsızdır. Heç kimsə, müxalıf düşüncələri normal dinləyəcək qədər böyük düşüncəli deyil. Məsələ hər şeyə, hər fikrə müxalif çıxmaq da deyil. Müxalif çıxdığına səbrlə, sevgiylə yanaşa bilməkdir. Dialoq qurmaq, empati yaratmaq duyğusudur. Kimdə var bu səbr? Kimdə var bu əsl demokratik düşüncə? Hərə oz düşündüyünə inanır, və özünü əsl bilici və ya güclü sayır — əsl BÜTpərəstlik budur. Amma, kimə sərf edir ki, bunları aşkara çıxarsın? Doğru deyəni doqquz kənddən qovarlar – məsəli boşuna deyil.

 Sonra da ki, bu həyat insanları bəzən də elə inanılmaz olaylara gətirib sürükləyir ki, nə anlam verəcəyini belə bilmirsən. TALEHdimi, KARMAdımı, hər nə isə. Və bəzən də, istəmədiyin olayların mərkəzində tapırsan özünü. Birbaşa səndən asılı olmayan olayların da içində ola bilərsən. Hər şey mümkündür həyatda. Bəzən, səbəbini sən anlayırsan, amma qarşındakına anlatman müşkül olur. Və beləcə. Bir sürü labirint duygu, düşüncə və yaşamlar var olub, gedir.

 Fikirlərimi, bir az anlaqlı və anlaşılır tərzdə, ümumən məntiqimi çatdıraraq yazmağa çalışacağam. Amma, bu arada, “hər sey bosdu artiqfikrindən qurtulmadığımı da qeyd etmək istərdim. Şəxsən mənə — dünyada hər şey gözəl, anlamlı və boşçoxluqdur. Hec nəyi araşdırmaq, xırdalığına varmaq, incəliyinə getmək lazım deyilmiş. Çox düşünmək, həyatı qəlizləşdirir. Çox düşünmək, insanı, düşünməyənlərlə qarşı – qarşıya gətirir və siz fantastik bir şəkildə müxalif şüur olaraq, başqalarına potensial təhlükə obyekti kimi görünürsünüz, və ya, eləcə düşüncələrinizlə insanlara fərqlı biri olmaq məqsədi güdən, çoxbilmiş, özündənrazı insan təsiri bağışlayırsınız. Kim bilir bəlkə də, oxumaqdan başı xarab olmuş biri kimi, ya paranoyak biri kimi… Kim bilir?

 

                                 

 

 

İçimdəki yaşamın səsi, sənin içindəki yaşamın

 qulağına çatmaz. Yenə də özümüzü yalnız

 

  hiss etməmək üçün söhbət edək. - 

Halil Cibran                                                        

 

Комментариев: 0

TRIP

 

Adəm övladlarının, Həvva dan və Lilitden törəyən davamçılarının məskunlaşdığı bu dünyada, ədalət, sevgi, mərhəmət, dostluq kimi anlayışların get-gede azaldığı bir aləmdə, çirkinləşmədən, vicdanla yaşamaq çox müşkül bir hal almışdı. İndi çox şeyin qaranlıq, tərs yönləri, var olan aydınlıq və dürüst yanlarını da üstələmişdi. Və dünyaya müsbət enerji axını yetmirdi bəlkə də… İnsanların öz şəxsi mənfəətlərini, rifahlarını düşünüb, dünyaya müsbət enerji göndörməyənlər çoxalmışdı.

 Könül istərdi ki, burda yalnız gözəllikləri görüb, vasf etsin. Fəqət, hər şey bizim istəyimizə bağlı deyildi. Bəzən nə Kvant metofizikası və də pozitif düşüncə metodikası işə yaramırdı. Ilk dəfə idi, keyfiyyət göstəricisinin, kəmiyyət göstəricisinə bu qədər ehtiyac duyduğunu görürdüm, ətrafımda. Bir balaca xırdalasaq, ən sadə tərzdə belə açıqlaya bilirdim fikrimi. Tutaq ki, siz bir şeyi arzu edirsiniz, və onu elde etmək üçün müsbət düşüncələrlə yükləyirsiniz özünüzü. Bəs, birden eyni şeyi, bir başqaları da istəyirsə? Ya onlar da, eynilə sizin kimi, müsbət düşüncə texnikasından istifadə edirlərsə? Eynilə sizin kimi, bunu davamlı və inanaraq edirlərsə… O zaman necə olur? Kim qazanır istədiyini? Kim təslim olmursa,o? Məchul teoremdir.

 Bunu, dünyaya yönəlik düşünürsək, demək ki, bu arada dünyaya müsbət enerji axını göndərmək üçün, keyfiyyətlə yanaşı, kəmiyyətə ehtiyac vardı… Nə qədər çox və davamlı olmalıdır bu enerji axını ki, dünyadakı savaşlar, qətillər, xəstəliklər, təbii fəlakətlər azalsın və ya olmasın.

 Belə bir dünya içərisində, kirlənmədən var ola bilən hər insanı tebrik etmək gerəkir. Allah, elə insanların sayını və əzmini tükətməsin inşaAllah. Amin..

 Mən? Mən də elə biri deyildim. Olmaq yolunda addımlamağa səy göstərən, adi sıradan biri idim.Neçə -  neçə Adəmlər görmüşdü bu dünya. Mən də, onlardan hələki sonuncusu sayılan Adəmin, davamçısı idim. Tək təvəqqəm, yolundan və vicdanından sarpmışlardan olmamaqdı.

 Sevgi… Insan övladının, görünməyən yanlarını üzə çıxaran, bilinməzlərını aşkar edən, elə güc və qüvvət sahibi bir duyğudur ki, onun insan həyatına nələr gəriəcəyini, nələr götürəcəyini kimsə, əsla tam anlamıyla bilə bilməməşdir, bilməyəcəkdir də. Qaibdən olanların məchulluğuna məhkum bir həyatı bağlayan bir zəncirdir sevmək: insanı ayaqda tutan da, insanı canından bezdirən də. Fəqət o olmadan, ömür çox bəsit və anlamsız görünür. Yazmaqla da anlatmaq olmur bəzən içindəkiləri… O zaman yazmağın bir anlamı varmı ki? Ahh… bu yalnızlıq..

Şikayətçi deyiləm,amma....

 

Комментариев: 0
Страницы: ... 2 3 4 5 6 7
накрутка подписчиков ютуб
Deniz
Deniz
Было на сайте никогда
49 лет (01.04.1975)
Читателей: 2 Опыт: 0 Карма: 1
Я в клубах
Фоны для MyPage Пользователь клуба
Великие Философы Пользователь клуба
все 1 Мои друзья