Çünku - yalnız insanlar sevməyi bacarır.
Bəzi insanlara yaxınlaşıb, əslində mən heç də Böyük danışmıram, sadəcə siz “balaca” anlayırsınız – demək istəyim də olur bəzən. Sonra, səbrimi basıram və vaz keçirəm.
Axı sevgi var. Biz bir birimizi, dünyanı sevmək üçün burdayıq… Savaşlar yaratmaq üçün deyil...
Düşən yarpaq qədər ümidsiz bir hal almasın həyat,
Sevilən biri kimi, nurlu, ümid dolu olmalıdır insanların qəlbi.
Çox sevdim, çox güvəndim, çox dözdüm, heyhat...
-deməməli dillər; ağlamamalı talehlər; heç kim üzülməməli.
Hökm etməsin ədalətsizlik, para; kəşf edilməsin silahlar.
Yorulmasın insanlar yaşamaqdan, bir can başqa bir cana qəsd etməsin.
Gülüşlər bürüsün dünyanı, ucalmasın göylərə nalələr – ahlar,
Ağlamasın körpələr, olmasın savaşlar, kimsə yetim qalmasın
Şiddət etməz — Adamsa əgər. — Sedat Balun