TRIP
“ Adəm övladlarının, Həvva dan və Lilitden törəyən davamçılarının məskunlaşdığı bu dünyada, ədalət, sevgi, mərhəmət, dostluq kimi anlayışların get-gede azaldığı bir aləmdə, çirkinləşmədən, vicdanla yaşamaq çox müşkül bir hal almışdı. İndi çox şeyin qaranlıq, tərs yönləri, var olan aydınlıq və dürüst yanlarını da üstələmişdi. Və dünyaya müsbət enerji axını yetmirdi bəlkə də… İnsanların öz şəxsi mənfəətlərini, rifahlarını düşünüb, dünyaya müsbət enerji göndörməyənlər çoxalmışdı.
Könül istərdi ki, burda yalnız gözəllikləri görüb, vasf etsin. Fəqət, hər şey bizim istəyimizə bağlı deyildi. Bəzən nə Kvant metofizikası və də pozitif düşüncə metodikası işə yaramırdı. Ilk dəfə idi, keyfiyyət göstəricisinin, kəmiyyət göstəricisinə bu qədər ehtiyac duyduğunu görürdüm, ətrafımda. Bir balaca xırdalasaq, ən sadə tərzdə belə açıqlaya bilirdim fikrimi. Tutaq ki, siz bir şeyi arzu edirsiniz, və onu elde etmək üçün müsbət düşüncələrlə yükləyirsiniz özünüzü. Bəs, birden eyni şeyi, bir başqaları da istəyirsə? Ya onlar da, eynilə sizin kimi, müsbət düşüncə texnikasından istifadə edirlərsə? Eynilə sizin kimi, bunu davamlı və inanaraq edirlərsə… O zaman necə olur? Kim qazanır istədiyini? Kim təslim olmursa,o? Məchul teoremdir.
Bunu, dünyaya yönəlik düşünürsək, demək ki, bu arada dünyaya müsbət enerji axını göndərmək üçün, keyfiyyətlə yanaşı, kəmiyyətə ehtiyac vardı… Nə qədər çox və davamlı olmalıdır bu enerji axını ki, dünyadakı savaşlar, qətillər, xəstəliklər, təbii fəlakətlər azalsın və ya olmasın.
Belə bir dünya içərisində, kirlənmədən var ola bilən hər insanı tebrik etmək gerəkir. Allah, elə insanların sayını və əzmini tükətməsin inşaAllah. Amin..
Mən? Mən də elə biri deyildim. Olmaq yolunda addımlamağa səy göstərən, adi sıradan biri idim.Neçə - neçə Adəmlər görmüşdü bu dünya. Mən də, onlardan hələki sonuncusu sayılan Adəmin, davamçısı idim. Tək təvəqqəm, yolundan və vicdanından sarpmışlardan olmamaqdı.
Sevgi… Insan övladının, görünməyən yanlarını üzə çıxaran, bilinməzlərını aşkar edən, elə güc və qüvvət sahibi bir duyğudur ki, onun insan həyatına nələr gəriəcəyini, nələr götürəcəyini kimsə, əsla tam anlamıyla bilə bilməməşdir, bilməyəcəkdir də. Qaibdən olanların məchulluğuna məhkum bir həyatı bağlayan bir zəncirdir sevmək: insanı ayaqda tutan da, insanı canından bezdirən də. Fəqət o olmadan, ömür çox bəsit və anlamsız görünür. Yazmaqla da anlatmaq olmur bəzən içindəkiləri… O zaman yazmağın bir anlamı varmı ki? Ahh… bu yalnızlıq..
Şikayətçi deyiləm,amma....