Özümü təqib etməyi belə buraxdım. - S.Faik Abasıyanık
Zənnimcə, bütün yazilanlarboş və mənasızdır bəzən:
bir İNSAN faciəsindən – cismin; ruhun; ümidlərin “ÖLMƏSİNDƏN” sonra, yazılanlar anlamlı görünsə belə, əslində — Boşdur. Maddi dünya boşdur – sözlərə
sığa bilirsə. Yox, mən inanıram ki, qələmin gücü böyükdür, hələki, ona sevgi ilə dəstək verilirsə. Fəqət, dünya elə bir məcra alıb ki, insanların çoxu qulaqlarını, gözlərini,vicdanlarını, başqalarının əzablarına, düşüncələrinə qarşı çərçivələdiblər sanki. Hər şey bir paradoksa bürünüb. Hər kəs sadəcə özünü düşünür.
Yaşamaq haqdır – deyirlər, amma, cinayətlər, savaşlar bitmir. Heyvanpərəstlər, kürk geyiminə qarşı çıxır, küçədəki it – pişiyin qeydinə qalır ( çox gözəl ), amma axşam evdə dolma, kabab, dönər və ya kotlet yeyirər, sanki qoyun, toyuq dibçəkdə
bitir. Sevirsən, sayqı göstərirsən, qarşılığında əzmək, aldatmaq, incitmək, istifadə etmək istəyirlər. İndi belə bir aləmdə, kiməsə nəsə anlatmaq istəyi, anlamsızdır. Heç kimsə, müxalıf düşüncələri normal dinləyəcək qədər böyük düşüncəli deyil. Məsələ hər şeyə, hər fikrə müxalif çıxmaq da deyil. Müxalif çıxdığına səbrlə, sevgiylə yanaşa bilməkdir. Dialoq qurmaq, empati yaratmaq duyğusudur. Kimdə var bu səbr? Kimdə var bu əsl demokratik düşüncə? Hərə oz düşündüyünə inanır, və özünü əsl bilici və ya güclü sayır — əsl BÜTpərəstlik budur. Amma, kimə sərf edir ki, bunları aşkara çıxarsın? Doğru deyəni doqquz kənddən qovarlar – məsəli boşuna deyil.
Sonra da ki, bu həyat insanları bəzən də elə inanılmaz olaylara gətirib sürükləyir ki, nə anlam verəcəyini belə bilmirsən. TALEHdimi, KARMAdımı, hər nə isə. Və bəzən də, istəmədiyin olayların mərkəzində tapırsan özünü. Birbaşa səndən asılı olmayan olayların da içində ola bilərsən. Hər şey mümkündür həyatda. Bəzən, səbəbini sən anlayırsan, amma qarşındakına anlatman müşkül olur. Və beləcə. Bir sürü labirint duygu, düşüncə və yaşamlar var olub, gedir.
Fikirlərimi, bir az anlaqlı və anlaşılır tərzdə, ümumən məntiqimi çatdıraraq yazmağa çalışacağam. Amma, bu arada, “hər sey bosdu artiq”fikrindən qurtulmadığımı da qeyd etmək istərdim. Şəxsən mənə — dünyada hər şey gözəl, anlamlı və boşçoxluqdur. Hec nəyi araşdırmaq, xırdalığına varmaq, incəliyinə getmək lazım deyilmiş. Çox düşünmək, həyatı qəlizləşdirir. Çox düşünmək, insanı, düşünməyənlərlə qarşı – qarşıya gətirir və siz fantastik bir şəkildə müxalif şüur olaraq, başqalarına potensial təhlükə obyekti kimi görünürsünüz, və ya, eləcə düşüncələrinizlə insanlara fərqlı biri olmaq məqsədi güdən, çoxbilmiş, özündənrazı insan təsiri bağışlayırsınız. Kim bilir bəlkə də, oxumaqdan başı xarab olmuş biri kimi, ya paranoyak biri kimi… Kim bilir?
İçimdəki yaşamın səsi, sənin içindəki yaşamın
qulağına çatmaz. Yenə də özümüzü yalnız
hiss etməmək üçün söhbət edək. -
Halil Cibran