Sadəcə insanam....

F.Nitşe –“məni anlamırlar, anlamasınlar. Mən qulaqlar üçün ağız deyiləm.” 

 

 

Sizin məqsəd güdmədən səmimi və nəzakətli davranışınızı anlamayan insanlardan uzaq olun, imkan daxilində. Buraxın öz qəlbləri və düşüncələri ilə qalsınlar. Doğrunun, sübuta ehtiyacı yoxdur.

 Ehtiyac demişkən… Sizin sadəcə xoş sözə, xoş üzə ehtiyac duydugunuz anda, susan, uzaq duran, yaxasını kənara çəkən hər kimdirsə, onlara da məsafə qoyun. Çünki, sizi anlayan insanlar, sizi səmimi sevən insanlar, ehtiyacınız olarkən yanınızda olanlardır. Burda maddi ehtiyac və dəstəkdən söhbət getmir.

 Zatən, bu həyatın ən böyük  yanlış ixtirasının başinda para – pul gəlir, zənnimcə.

 Yanınızda olmaq istəyən dost, qohum, sevgili üçün zaman məhfumu yoxdur. O həmişə sizə yaxın olacaqdır, əl uzadarkən yetişəcəyiniz bir məsafədə. Burda da məsafə, sadəcə uzunluq vahidi deyil, düşüncə uzaqlığı və ya qəlb yaxınlığı anlamlarında işlədilir. Sizdən uzaq məsafədə duran bir ürək və ya bir beyin, sizi tamamlaya bilməz. Həyat sizə bu fərqi tez – tez nümayiş elətdirərkən, öncələri deyilmiş dahiyanə eşq, dostluq kəlamları da imdadınıza yetməyəcəkdir. Ağıl, insanı yanlışlardan yayındıra biləcək bilgi mənbəyidir, doğrudur. Lakin, qərarı, qəlbimizin ağlına həvalə edirik çox zaman. Kim nəyə istəyir, necə imkanı var o tərzdə, o vasitəylə çatır. Əsas odur ki, başqalarının belınə çıxmadan, onları istismar etmədən məqsədinə çatasan. Və imkan daxilində, səni anlamayan, sənə ehtiyacı olmayan insanlara bağlanıb qalmayasan. Bu həyatda ayrılıq da, qovuşmaq da, təbii və şüurlu prosess olmalıdır. Əks halda, insan çox incinir, çox üzülür. Ədalətsiz olaylarla qarşılaşır. Bəzən də anlamsız mübahisələrin ortasında qalmalı olur.

Enştein deyir ki, cahillərlə savaşa girməyin, mən onları heç yenə bilmədim. Fərq etməz, məncə heç kimlə savaşmağa dəyməz. Dediniz, göstərdiniz, yenə anlamadısa, buraxın öz bildiyində qalsın. Bu aləmdə, işləri mürəkkəbləşdirmədən yaşamaq daha məqsədə uyğundur.

Və indi .....

Adi, bəsit insan olmaq, mənə yetirdi.

 

Обсудить у себя 0
накрутка подписчиков ютуб
Deniz
Deniz
Было на сайте никогда
50 лет (01.04.1975)
Читателей: 2 Опыт: 0 Карма: 1
Я в клубах
Фоны для MyPage Пользователь клуба
Великие Философы Пользователь клуба
все 1 Мои друзья