Vicdan

                                             

 

                                                       Yaşamaq bir ağac kimi tək və hürr,

                                      Bir meşə kimi — qardaşcasına…

                                                                  Nazim Hikmet

 

Bu dünyada bəsit, normal bir insan qalmanın ən yüksək amili tərbiyyə və vicdandır. Vicdan, əslində insanın Ulu Tanrıyla olan bağlantısıdır. İstər ateist ol, istər inanclı. Vicdanlı olmaq elə, Allaha inanmanın ilkin təməlidir. Bəlkə bu yazdıqlarım, bir az anormal insanın, zəmanədən geri qalmış bir insanın, və ya həyatda yüksək nəaliyyətlər əldə etməmiş birinin, çarəsizcə özünü ovundurmasına bənzəyir. Kim hardan necə baxırsa, elə görür qarşısındakını. Mənimçün, dünya nəaliyyəti, sözün əsl mənasında insan olmaqdan daha önəmli deyildi, deyil də. Yüksəklərdə olub, ətrafa yuxarıdan aşağı baxmaq, aşağıdakıları incitmək, lağ etmək, isitismar etməklə olacaqsa, aşağıda olub, günahlarını artırmamaq daha məqbuldur. Nə gözəldi o insan ki, həm yüksəklərə öz zəhməti və qəlbiylə qalxmış, sonra da insanlara olan incə ruhlu davranışını, təvəzökarlığını itirməmişdir. Belə insanlar çox azdır. Amma, şükür ki, az da olsa vardır. İnsan qalmağın ən yüksək mərtəbəsi, nə diplomdur, nə para – puldur, nə kor – koranə dindarlıqdır,  nə də  böyük vəzifə sahibi olmaqdır. İnsan qalmanın ən yüksək mərtəbəsi vicdan sahibi olmaqdır. Bu da, mənim şəxsi fikrimdir, kimsəni buna inanmağa məcbur edə bilmərəm.( Səhv bir düşüncədir, ruhi anormallıqqdır ya nədir, bilə bilmərəm. Heçnə istisna deyil onsuz da. Anormallıqdırsa da, anormallıqdır, nə edim?  )

Həm, bir az  da zamansız doğulmuşdum məncə.

 

Dünyada davam edən müharibələrə çaraəsizcə baxıb, yaşamaqdan betəri olmazdı hər halda. Mənim dəyişə biləcəyim bir dünya deyildi bu aləm…

 

 

                                                                

                                              Düşünüyorum ki, bu dünyada ruhsal açıdan iyi

                                              olmak, bir az ayıp sayılmaz mı? — Neşe Yaşın

 

Обсудить у себя 0
накрутка подписчиков ютуб
Deniz
Deniz
Было на сайте никогда
50 лет (01.04.1975)
Читателей: 2 Опыт: 0 Карма: 1
Я в клубах
Фоны для MyPage Пользователь клуба
Великие Философы Пользователь клуба
все 1 Мои друзья