Lütfən daş atsınlar bir günahkara – bütün günahsızlar!
Dəyişməyən qanunauygunluqlardan biri də budur mənimçün :- kim harda, kiminlə xoşbəxt olacaqsa, orda olmalı və həyatdan zövq alacağı insanlarla bir ortamda olmalıdır.
Sizi incidənləri bağışlayın və imkan daxilində çox iç – içə olmayın. Axı ömür, başqalarını məmnun edərkən, özünü bədbəxt etmək üçün verilməmişdir bizə. İnsan, olduğu hər ortamda rahat və məmnun nəfəs almalıdır, ən əsası da, minnətsiz və danlaqsız. Ən azı öz evində belə bir mühit olmalıdır. Çünki, eviniz sizin şəxsi dünyanızın ən önəmli parçasıdır. Orda sevdiyiniz, güvəndiyiniz, anlaşa bildiyiniz, qarşılıqlı hörmət duyğusunu anlayan insanlarla yaşamalısınız. Bəli, insan bəzən valideynləri və ya övladlarıyla da anlaşmır. Bu o demək deyil ki, onları atmaq lazımdır. Xeyr. Amma, mümkün olduğu və dözüləsi həddə olmalıdır yaşamaq bir ortamda. Səbrinizi, qəlbinizi, mənliyinizi, ruhunuzu əzən, məhf edən bir ortama məhkum olmamalıdır kimsə — çünki, normal, yetişkin hər insan azaddır. Azaddır – hüquqlarını və vəzifələrini dərk etmək şərtiylə.
Untmayın: İnsanlar sizin köləniz deyil və siz də kimsənin köləsi olmayın. Zənnimcə: ədəb — ərkanı, qanunları pozmadan, ürəyiniz istəyən kimi yaşayın.
Və gördük ki, məkan deyildir zamandır önəmlı olan, və lakin
o da deyildir, hərəkatdır önəmli olan və lakin o da deyildir,
Qəlb olmadıqca... — Cahit Zarifoğlu